DYP-də avtobus sürücüləri ilə görüş keçirilib — Foto

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.

Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçirib. Sürücülərə yeni tədris ilinin başlanması ilə bağlı, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib. Sürücülərin diqqətinə çatdırılıb ki, şagirdlər avtobuslardan düşən zaman arxa tərəfə doğru hərəkət etməyin vacibliyi barədə mütəmadi olaraq məlumatlandırılsın. Belə olan halda əks və eyni istiqamətdə hərəkət edən avtomobillər həm sərnişini görə bilir, həm də piyadalar avtomobillərə uyğun hərəkətlərini nizamlaya bilirlər.

Qeyd edək ki, Sumqayıt şəhərində yol polisləri tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.



Share: