Azərbaycanın keçmiş XİN rəhbəri: “Paşinyan Putinə yox, Bakıya zəng etməli idi”

“Ermənistanın baş naziri Nikol Paşinyan Putinə yox, Bakıya zəng etməli idi”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın KTMT-yə yardım üçün müraciətini “Minval”a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz suverenliyini müdafiə edir və öz suveren hüquqları çərçivəsində, BMT Nizamnaməsinə tam uyğun davranır.

“Ona görə də nə Rusiyadan, nə də başqalarından yeni heç nə eşitməyəcəyik. Məsələ burasındadır ki, Paşinyan və komandası daim illüziyalar içərisindədir”.

Sabiq XİN rəhbərinin sözlərinə görə, onlar rabitəsiz nitqləri ilə Rusiyaya və Qərbə sevgi etirafı edərlərsə, bütün problemlərin həll olunduğunu düşünürlər.

“Ancaq uzun müddətdir ki, heç kim bu nitqlərə və sevgi etiraflarına inanmır, çünki hamı həqiqətdə nə baş verdiyini çox yaxşı bilir. İllüziyalar və onların hamıdan ağıllı olması ilə bağlı psixoloji mesajlar üzərində qurulan siyasət, fikrimcə, sadəcə ciddi deyil və uzun müddətdir ki, işləmir”, – deyə T.Zülfüqarov sözlərini yekunlaşdırıb.

Share: