Dostları Fərqanə xanımın xatirə gününü keçirdi…

Dünən Yazıçılar Birliyinin Natavan klubunda mərhum şair Fərqanə Mehtiyevanın anım günü və vəfatından sonra qələm adamlarının ona həsr etdiyi şeir və məqalələrdən ibarət olan “Mən Sizə darıxmaq öyrədəcəyəm” kitabının təqdimatı keçirildi. Tədbiri anım gecəsinin təşkilatçısı  və haqqında bəhs olunan kitabın tətibçisi və redaktoru Faiq Balabəyli giriş sözü ilə açdı. Fərqanə xanımın yaradıcılığından bəhs etdi.

Bir 3 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər
Tədbirdə iştirak edənlər- tanınmış tənqidçi, professor Vaqifb Yusifli, AYB-nin Cənubi Azərbaycan bölməsinin müdürü Sayman AruzŞ “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdüri, şair Qəşəm Nəcəfzadə Fərqanə Mehtiyevanın yaradıcılığı, insani keyfiyyətləri haqda geniş söz açdılar.

Bir 7 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər

Tədbir iştirakçılarından  Aləm Kəngərli, Alımzər Sadıqqızı, Kəmalə Abıyeva, Nəzakət Məmmədova, Zemfira Məhərrəmli,Fəxrəddin Teyyub, Şərafəddin İlkin, İlham Qəhrəman, Narıngül, Südabə Sərvi və digərləri mərhum şair Fərqanənin şeirlərindən, poeziya incilərindən, dost və bir xanım, ana olaraq keyfiyyətlərindən bəhs etdilər, ona yazılan şeirlərdən və mərhum şairənin özünün şeirindən səsləndirdilər.

Bir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Tədbirdə F. Mehtiyevanın oğlu Ülfət və həyat yoldaşı İlqar Əliyevlər çıxış etdilər. Onun həm şair, həm ana, həm də qayğıkeş bir insan olmasından bəhs etdilər, tədbir iştirakçılarına, təşkilatçılara təşəkkürlərini bildirdilər.
Sonda Fırqanə xanımın öz səsində səslənən çıxışı və şeiri ilə tədbir yekunlaşdı.

Müstəqil.Az

Share: