“Çelsi” bu futbolçuları satışa çıxarır

“Çelsi” bu yay 7 futbolçusunu satışa çıxaracaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu siyahıda Ruben Loftus-Çik, Kalidu Kulibali, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Hakim Zieş və Eduard Mendin var.

Digər oyunçular barədə isə məlumat verilməyib.

Qeyd edək ki, komanda Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq şansını itirib.


Share: