Çin alimləri bu qənaətə gəliblər ki, çay, tərkibindəki antioksidantların miqdarına görə çox faydalıdır.
Müstəqil.az Pravda.ru-ya istinadən xəbər verir ki, bununla belə, bir faktı da nəzərə almaq lazımdır ki, heç də bütün məhsullar çay ilə uzlaşmır.
Bir sıra məhsullar çaya qarışması zamanı öz xassələrini itirir.
Dietoloqlar şəkəri, balı, südü və limonu bu məhsullara aid edir.
Limon
Səciyyəvi olan odur ki, problem yaradan çayın temperaturudur – limonun bütün faydalı maddələri qaynamış suda sadəcə dağılır.
Süd
Süd çayın özündə antioksidantların səviyyəsini aşağı salır.
Şəkər
Şəkər və çay, ümumiyyətlə pis uzlaşırlar – karbohidratlar problem yaradır.
Bir tədqiqat göstərib ki, çay birbaşa kreativliyə təsir edir, belə ki, tərkibində kofein var. O, konsentrasiyanı artırmağa qadirdir, amma tez təsir etmir. Buna görə də tədqiqatçılar çayın müsbət təsirini onunla bağlayırlar ki, çayın sayəsində əhval-ruhiyyə yüksəlir.