ABŞ-da təyyarə avtomobil yoluna düşdü

ABŞ-ın Yuta ştatında yüngülmotorlu təyyarə avtomobil yoluna qəza eniş edib.

Müstəqil.az xəbər verir ki, hadisə Riverdeyl şəhəri yaxınlığında, təlim uçuşu zamanı qeydə alınıb.

İnsidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub. Təyyarədə olan iki nəfər zərər çəkməyib.

Share: