Bin Ladenin qardaşı Qarabağda

İbrahim bin Ladenın Üsəma bin Ladenin qardaşı «nüvə araşdırıcılarım üçün buraxılan kitabın üz qabığında belə bir ifadə var: «…Hər şey cihad üçün».

Kitabın 11-ci səhifəsində yazılıb: «.Biz öz raketlərimizin, tərkibi uran olan mərmilərimizin üstündə bir imza yazmalıyıq: «Cihad üçün, İslam üçün.». Bütün bu silahları düşünməyin ki, haradasa qurub, kiməsə yönəldəcəyik… Yox… Biz bütün bu raketləri elə Amerikanın öz ərazilərində quracağıq. Biz bu silahları Balkanlarda quracağıq. Biz bu silahları Orta Asiyada quracağıq. Biz bu silahları Zaqafqaziyaya nəzarət etmək üçün Gürcüstan şəbəkəsində quracağıq.».

Məhz bundan sonra bin Ladenlər Balkanlarda ikinci cəbhəni açdı. Onun Kosovoda, Metoxiyidə, Makedoniyada, cənubi Serbiyada, Albaniyada, Bosniya və Herseqovinada radikal dayaqları var. İbrahim bin Laden əslində Balkanlarda «Avropaya qarşı 2-ci cəbhə» açdı. Digər cəbhəni isə o, Orta Asiyada açaraq, Güney Qafqaz üçün «Gürcüstan şəbəkəsi»ni yaratdı. Balkanlarda yaratdığı «Balkan mübarizə gücü» təşkilatına misirli Əymanəz-Zəvahiri başçı təyin edildi. Tiranada qərargahı açıldı.

«Ə1-Qaida»nın cənubi Serbiyadakı koordinatoru milliyyətcə erməni olan, 1992-ci ildən Yerevandan mühacir etmiş İsfand Sərdaryandır. O, 1989-91-ci illərdə Krasnodardan hərbi xidmətə çağrılıb. Baş verən qırğınlarda, kütləvi qətliamda iştirak edib.

Erməni terrorçusu İsfand Sərdaryanın əqidə dostu olan Şeyx Əyman əz-Zəvahiri isə 18 yaşında olarkən o, artıq həbs olunub. Dağıstanda həbs olunub. O, Londonda öz radikallığı ilə seçilən, ölkənin «Mİ-6» kəşfiyyat idarəsi ilə əlaqələr quran «Müsəlman təşkilatı»nın üzvləri ilə də görüşüb.

  1. Nüvə texnologiyası və materiallarının MDB ölkələrindən daşınma yolları haqqında məlumatların toplanması.
  2. Nüvə məsələləri və tədqiqatı ilə məşğul olan alimlərin, analitiklərin «Ə1-Qaida» bürolarına cəlb edilməsi.

Məlumata  görə 44 günlük müharibədən sonra 12-də Ermənistan vətəndaşı, AES-ın sabiq işçisi, fizika elmləri doktoru Rudolf Ayvazxanoviç Manukyanm «Müsəlman təşkilatı»nın liderlərindən olan Reda Hüseynlə görüşü təşkil olunur. Avqustun 14-də isə R.Manukyan Fransanın Londondakı səfarətxanasmda Parisdən təşrif gətirən Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları ilə görüşür. Avqustun 17-də R.Manukyan Londonun «Fkisbern» və «Ricens» parklarında islamçılar üçün salınmış təlim mərkəzlərində olur.

Bu görüşlərdə Londonun Paris Təhlükəsizlik Xidməti ilə üst-üstə düşən mövqeyinə heç olmasa, ABŞ MKİ-nin münasibəti açıqlanmalı idi. Kəşfiyyat ən azı «Fkisbern» parkında qurulan laboratoriyadan və ora işləmək üçün (yüksək maaşla) cəlb olunmuş erməni aliminin məxfi planlarından xəbər tutmalı və lazımi açıqlamalar verməli idi. Həmin ilin sentyabrında təkcə «Ricens» parkındakı təlim düşərgəsinə Yerevandan 1962-ci il təvəllüdlü, DU-nun riyaziyyat fakültəsinin məzunu Aşot Odabekyan və Levon Soomoviç Sitafyan gəliblər.

Apardığımız araşdırmalar bunu da göstərir ki, islam ekstremist dəstələrinin, eləcə də nüvə və digər kütləvi qırğın silahları axtarışında olan «Ə1-Qaida»nm MDB ölkələrinin strateji obyektləri ilə maraqlanmaları Rusiya prezidenti V.Putinin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında (16 sentyabr 2002-ci il) müzakirəyə çıxarıldı…

…Məhəmmədin sayca 19-cu oğlu İbrahim bin Laden 1984-cü ildən “Laden” beynəlxalq tikinti şirkətinin əsasını qoydu və ixtisasca tikinti mühəndisi olan İbrahim bin Laden 1999-cu ildə Dağlıq Qarabağın Xankəndində göründü. İki gün sonra onun səsi Laçın və Şuşadan gəldi. 1999-cu il iyun ayının 16-da və 19-da Dağlıq Qarabağın “Artsax” telekanalında müsahibə verdi (?). Bu zaman onun yanında Nyu-Cersi (ABŞ) ştatında milyonçu, tikinti şirkətinə başçılıq edən Qirayn Ovanyan adlı birisi də var idi. Milyonçu Ovanyan İbrahim bin Ladeni başa salmağa çalışırdı ki, Dağlıq Qarabağda ermənilər artıq “…Gümüş toyu çalıb qurtarıblar…”

İbrahim bin Ladenə gəlincə, o, Məhəmmədin milliyyətcə erməni olan, Suriyada (Dəməşq) yaşayan tacir Afik Akopyanın qızı Ləyyadan olan oğlu idi (?).

Çünki milyonçu, mərhum Məhəmməd bin Ladenin ailəsi qan qohumluğuna görə bölünürdü. Onun suriyalı erməni qadından olan övladları bir cəbhə idi, İordaniya qadınından olan övladları isə başqa bir cəbhə… Lakin bütün bunlara baxmayaraq onların hamısı mərhum Məhəmmədə tabe idi.

Zahirən “Laden” tikinti şirkətinin başçısı kimi tanınan İbrahim bin Laden ərazisindən uran çıxarılan, təbii sərvətlərindən bir sıra kimyəvi məhsulların hazırlanması üçün şəraiti olan ölkələrin hər birində investisiya qoyur. Suriya, İraq, İran, Pakistan, Hindistan, Çin, Rusiya Federasiyası, Amerika, İngiltərə, Almaniya… torpaqlarında onun öz tikinti dəstəsi var və bir qismi bu gün də çalışır. “Laden”çilər həmin ərazilərdə dərman fabrikləri tikir, nüvə qalıqları üçün anbarlar inşa edir, tam məxfi şəraitdə işləyə bilən elmi tədqiqat laboratoriyalarının özülünü qoyurlar. ABŞ MKİ-nin məxfi sənədlərində “üçüncü dövlət” kimi – daha doğrusu, tranzit dövlət və yaxud ərazi kimi nüvə materiallarının qaçaqmalçılıq yolu ilə daşınmasını və ya ötürülməsini təmin edən mərkəzlərin sırasında Ermənistanla Əfqanıstan da güstərilir. (?).

“Vadi əl-Kaid” Laçında və Kəlbəcərdə

Bu da maraq doğurmaya bilmir ki, 2022-ci il may ayının 4-də İbrahim Ladenə məxsus (qoyulan investisiya ona məxsusdur) “Vadi Əl-Kaid” şirkətinin filialı Yerevanda təşkil olundu. Ermənistan Dövlət Universitetindən (o ərazidə) cənub-qərb tərəfdə, əsas binadan təqribən 500 metr aralı A.Manukyan küçəsində ona ofis verildi. 1994-2000-ci illərdə Yerevan Dövlət Universitetini bitirən 9 nəfər əfqan tələbənin bütün xərclərini məhz “Vadi Əl-Kaid” şirkəti çəkib (?). Həmin tələbələr üçün (işğal olunmuş) Kəlbəcər ərazisinin şimal istiqamətində salınmış İstibulaq-Çaykənd zonasında istirahət təşkil edilib və onlara “Vadi Əl-Kaid” şirkətinin məsul iş adamı Əyyubxan Şirzad 055 nömrəli briqadanın (üstündəki təsvir: kəsişən qılınc, Yer kürəsi və Quran) nömrələri yazılmış vəsiqələri təqdim edib.

Rövşən Novruzoğlu,

politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, professor

Share: