“Baku Taksi” maşınlarını Azərbaycan bayrağı ilə bəzədi – Fotolar

“Baku Taksi” avtomobillərini Azərbaycan bayrağı ilə bəzəyib. 

“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC də öz növbəsində ordumuza dəstək və sərnişinlərdə ruh yüksəkliyi yaratmaq məqsədilə tabeliyindəki taksi minik avtomobillərinin üzərinə şanlı Azərbaycan bayrağını yerləşdirib.

MMC qeyd edib  ki, xalqımız rəşadətli ordumuza öz rəğbətini və hisslərini hər sahədə müxtəlif formalarda bildirir: “Bayrağımızın qüdrəti bizə bu gün də qələbə sevinci yaşatsın ümidi ilə yola çıxan BTX-nin sürücüləri bayrağımızın əks olunduğu avtomobillərini Qarabağ yollarında, cığırlarında sürəcəkləri günün yaxın olduğuna əmindirlər”.

 

 


Share: