Avtomobil qəzası keçirən Röyanın GÖRÜNTÜSÜ YAYILDI – FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan bu gün avtomobil qəzası keçirib.

Publika.az xəbər verir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən müğənni evə buraxılıb. Məlum olub ki, Röya qəza nəticəsində qolunu sındırıb.

Həyat fondunun təsisçisi və tanınmış aparıcı Hacı Nuran Röyanı ziyarət edib. O, müğənni və onun oğlu Hüseynlə çəkdiyi fotonu instaqram hesabında paylaşıb. Hacı Nuran bildirib ki, Röya pərəstişkarlarını qorxutsa da, vəziyyəti hazırda yaxşıdır.

Share: