Azərbaycan ordusunun Polkovnik Leytenantı Anar Kərimovu sayğıyla anırıq…

Azərbaycan ordusunun P0lkovnik Leytenantı Anar Kərimovu sayğıyla anırıq…

Kərimov Anar Akif oğlu 4 oktyabr, 1979- cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri Nizami rayonu 70 saylı məktəb pilot liseyini bitirmişdir. Elə həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2001-ci ildə məzun olmuşdur. 2001- ci ildən ATU- nin nəzdində hərbi kafedraya daxil olub, 2020- ci il mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, polkovnik- leytenant vəzifəsinə qədər ucalmışdır. 2001- ci ildə ailə həyatı qurmuşdur, 3 övladı var. Bir çox Fəxri Fərmanları, qüsursuz xidmətinə görə 2 -ci və 3- cü dərəcəli medalla, Azərbaycan Silahlı Qüvvələrinin 90,95, 100 illiyi münasibəti ilə yubiley medalları ilə təltif olunmuşdur. 10 mart 2020- ci ildə Bakı şəhərində vəfat etmişdir.

4 oktyabr onun doğum günüdür,yaşasaydı 41 yaşını qeyd edəcəkdi…Azərbaycan respublikasına şərəflə xidmət etmiş Anar Kərimovu bu gün onu tanıyan hər kəs sayğı ilə anır…Xalqımızın keçdiyi bu çətin və şərəfli günlərdə tezliklə alacağımız QƏLƏBƏ xəbərinin Anar bəy kimi igid vətən oğullarının ruhunu şad edəcəyindən də əminik.

Allah rəhmət eləsin!

Müstəqil.Az

Share: