62 yaşlı qadın yenidən ana oldu..


Tayvanda 62 yaşındakı bir qadın normal doğuşla ana olub. Möcüzə kimi bir hadisəyə imza atan qadın ilk uşağını 36 il əvvəl dünyaya gətirib.
Müstəqil.Az xəbər verir ki, xəstəxananın keçirdiyi mətbuat konfransında 62 yaşlı qadının peyvənd üsulu ilə hamilə qaldığı açıqlanıb.
Təqaüdə çıxdıqdan sonra ana olmağa qərar verən qadın körpəsini fevral ayının sonunda normal doğuşla dünyaya gətirib.
Qadının hamiləliyinin 29-cu həftəsində hipertoniya və şəkər problemi ilə qarşılaşdığını qeyd edən həkimlər hamiləliyin 38-ci həftəsində keçirilən müayinədə fetusun mövqeyinin normal olduğu üçün təbii doğuşa üstünlük verdiklərini ifadə ediblər.
Qeyd edək ki, xəstəxanadan verilən məlumata görə ana və körpənin sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildirilib.

Share: