16 yaşlı müsəlman qız qaçqınlara bir maşın yardım yolladı…- İbrətamiz

Birləşmiş Ərəb Əmirliklərində Saher Kapadiya adlı qız  qaçqınlar üçün bir yük maşınını dolduracaq humanitar yardım toplayıb.
Moderator24.com xarici İslam saytlarına istinadla xəbər verir ki, 16 yaşlı qız humanitar yardımı “Qızıl Aypara” fondu ilə əməkdaşlıq yaratmaqla  Livandakı düşərgələrdə çətin şəraitdə yaşayan mühacirlər üçün təşkil edib.
“Burada müxtəlif mallar: konservləşdirilmiş qidalar, qış paltarları, dəftərxana ləvazimatı və s. toplanıb”- deyə Saher xanım məlumat verib.
“Tez-tez eşidirəm ki, çoxları deyir: ”Onlar üçün dua edəcəyik…” Ancaq bu, kifayət deyil. Gerçəkdən kömək  göstərmək istəyirsinizsə, bir şey etməlisiniz. Biz müharibəni dayandıra bilmərik, amma qaçqınlara kömək edə bilərik və bu, bizim borcumuzdur. Gənclər isə daha həssas olmalıdırlar. Çünki qaçqınların problemlərini  dəfələrlə eşitdikdikdən sonra çoxları  artıq bu məlumatlara diqqət yetirmir…”-deyə müsəlman qız vurğulayıb.

Share: