Ələ keçən PKK terrorçularından şok etiraf – Video

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində yaxalanan 3 PKK terrorçusu məhkəmənin qərarı ilə həbs edilib.

Müstəqil.Az  xarici mediaya istinadla xəbər verir ki, terrorçular Hatay məhkəməsində bəzi etirafları ilə gündəmə gəlib:

“PKK terrorçuları bizi kəndimizdə yaxaladı və bildirdi ki, əgər döyüşməsək, ailə üzvlərimizi öldürəcəklər. 45 gün bizə təlim keçdilər və kəndə qayıtdıq. Bizim qaldığımız Adamanlı kəndində 30 PKK döyüşçüsü var. Türk tankları gələndə onlar qaçdılar, biz isə qaçmadıq və yaxalandıq. Bizim bütün ehtiyaclarımızı ABŞ qarşılayır”.

Müstəqil.Az


Müəllif: Samir

Share: