“Yuventus”un oyununda kütləvi dava — Video

İtaliya çempionatının 6-cı turunda keçirilən “Yuventus” – “Salernitana” matçı qalmaqalla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, 2:2 hesabı ilə bitən qarşılaşmanın 90+5-ci dəqiqəsində turinlilərin hücumçusu Arkadiuş Milik qol vursa da, hakim qolu qeydə almayıb.

Bundan sonra meydanda ara qızışıb və futbolçular arasında kütləvi dava düşüb. Nəticədə referi “Yuventus”dan futbolçular Milik, Kuadrado və baş məşqçi Massimiliano Alleqriyə qırmızı vərəqə gösərib. Rəqib oyunçulardan isə Federiko Fazio qırmızı vərəqə görüb.

Həmin görüntüləri 2:30-cu dəqiqədən etibarən izləyə bilərsiniz:


Share: