Yeni Suraxanıdakı işıqforlar niyə işləmir? — Açıqlama

Bir neçə gündür Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki işıqforlar işləmir.

Bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. Bildirilib ki, qəsəbənin mərkəzi küçəsi olan 14 iyul küçəsində quraşdırılmış və hərəkətin tənzimlənməsində vacib rol oynayan işıqforlar ötən həftənin cümə günündən etibarən işləmir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Rauf Mirqulamov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, işıqforların işləməməsi ərazidə elektrik verilişinin kəsilməsi ilə əlaqədardır: “Bu gündən ərazidə təmir işlərinə başlanılıb, problem qısa zamanda aradan qaldırılacaq”.


Share: