Məşhur rejissor vəfat etdi

Qeyri-konformist kinonun müəllifi fransız rejissor Jean-Marie Straub, 89 yaşında İsveçrənin Rolle şəhərindəki evində vəfat edib.

Kulis.az xəbər verir ki,bu barədə Fransanın “Le Monde” nəşri məlumat verib.

Straub 8 yanvar 1933-cü ildə Fransada anadan olub və Jean Renoir, Abel Gance və Robert Bresson kimi rejissorların köməkçisi kimi fəaliyyətə başlayıb. Əlcəzairdə müharibə başlayan zaman Almaniyaya mühacirət edən rejissor burada həyat yoldaşı Danielle Huillet ilə filmlər çəkib.

Share: