Yeni ordu yaradıldı: 3 koalisiya, 20 qruplaşma – Əsədə şok

Suriyanın cənubundakı Dera və Kuneytra rayonlarında Azad Suriya Ordusuna bağlı olan bəzi hərbi qruplar vahid ordu yaratmaq haqda qərar qəbul ediblər.
Yeni yaradılan hərbi birliyin “Qurtuluş Ordusu” adlandığı bildirilib.
Məlumata görə, Suriya lideri Bəşər Əsədin ASO-nun nəzarətindəki bölgələrin sərhədlərinə hərbi sursat, texnika daşımasından sonra müxalif qruplaşmalar vahid ordu yaratmaq qərarına gəliblər.
Hazırda Dera və Kuneytranın böyük hissəsi müxaliflərin nəzarətindədir. Burada ASO-nun rəhbərliyi altında 3 böyük hərbi koalisiya və 20-yə yaxın müxtəfil hərbi qruplaşma var.(Axar.az)

Share: