Yeni Daşkənd kənd folklor evində yaradıcı insanların iştirakı ilə tədbir keçirildi

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd folklor evində yaradıcı insanların iştirakı ilə tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd folklor evi, Şatırlı, İmamqulubəyli, Zümürxan kənd mədəniyyət evləri, Bərdə rayon MKS-nin İmamqulubəyli, Yeni Daşkənd, Şatırlı kənd kitabxana filiallarının iştirakı ilə kənd əhalisinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə yazarlar və müxtəlif sahələr üzrə yaradıcı şəxslərlə görüş təşkil edilib.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümöva, şair Aqşin Hacızadə, Zülfiyyə Hacızadə, Valeh Qoca, Bəxtiyar Hüsüyev, tarzən Nəsib Quliyev, kənd əhalisi və mədəniyyət işçiləri yaxından iştirak edib.

Tədbirdən öncə Yeni Daşkənd kəndində yerləşən şəhidlər abidəsi ziyarət edilib, abidənin qarşısına gül dəstələri düzülüb.

Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova tədbir iştirakçıların salamlayaraq bu kimi tədbirlərin keçirilməsinin mahiyyətindən, görüşlərin gənclərdə ədəbiyyata, poeziyaya maraq oyatmaq, kənddə yaşayan yaradıcı insanların tanınması baxımından müstəsna əhəmiyyətə malik olmasından bəhs edib. Bildirib ki, “Regional idarə üzrə yaradıcı insanlarla görüş mütəmadi olaraq keçirilməkdədir. Belə görüşlər həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğ edilməsinə səmərəli təsir göstərir”.

Tədbir musiqi nömrələri, rəqs və şəhid Z.Balıyev adına Yeni Daşkənd folklor evində fəaliyyət göstərən “Zurnaçılar” ansamblının çıxışları ilə davam edib.

Share: