Yazıçı-jurnalist   Nurəddin Ədiloğlu ilə  Bilgəhdə görüş keçirilmişdir

 

Dünən avqustun  ilk günündə Bilgəh  kardioloji sanatoriyasının   klubunda  tanınmış yazıçı-jurnalist   Nurəddin Ədiloğlu ilə görüş keçirilmişdir.

Bu haqda Müstəqil.Az-a yazıçının özü məlumat verib.

Görüşü  giriş sözü ilə  Bilgəh sanatoriyasında fəaliyyət  göstərən  kitabxananın  müdiri  Nazifə  Babayeva açıb.   Filologiya  elmləri doktoru, professor  Buludxan  Xəlilov   yazıçının  yaradıcılığı  haqqında   görüş iştirakçılarına  ətraflı məlumat verib.

Naxçıvan  Dövlət Universitetinin Botanika   kafedrasının  müdiri,  biologiya elmləri doktoru  Daşqın Qəmbərov,  şair  Balayar Sadiq,   musiqi müəlliməsi, oxucu  Rübabə  Həsənova,  şair  Damət Salmanoğlu, “Azad Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı Hacı Tofiq Seyidzadə, Şəki şəhərindən istirahətə  gəlmiş  Rəşad Cumayev,  Naxçıvan  şəhərindən  istirahətə gələn şairə  Elmira  Rzayeva, Masallı rayonundan istirahətə gələn   müəllim  Eynulla Zalıyev  və başqaları tədbirdə çıxış edərək   N.Ədiloğlunun son  illərdə nəşr olunmuş  “Yaralı qu quşları”, “Mənim Bağdagül nənəm” ,  “Sarəng zirvəsi”,  “Azərnur” , “Qara sarmaşıq”   əsərlər haqqında fikirlərini söyləmiş,  yazıçını 60  illik yubileyi münasibəti ilə təbrik edib, ona  yeni  yaradıcılıq uğurları arzulamışlar.

Sonda  yazıcı  görüşün təşkilatçılarına minnətdarlığını  bildirmiş,  oxuculara  və sanatoriyanın  kitabxanasına  yeni kitablarını hədiyyə etmişdir.

Müstəqil.Az

Share: