Xudayarın təhqiri, xəbərdarlıq və nazirdən gözlənti…

Şəhid Xudayarı təhqir etdiyinə görə soyadından qəti xəcalət çəkməyən Rəsulzadə adlı gəncin sosial şəbəkədə döyülməsi kadrlarını izlədim.

Bütün hallarda zorakılığa qarşıyam, xüsusilə zorakılığın ünvanı mənim soydaşımdırsa, bu mənzərəni daha ağır qəbul edirəm. “Amması” isə var…

Odur ki, hər millətin özünün dəyərləri, kultları, inanc sistemi, tapanaqları var və bu, ələlxüsus türk təfəkküründə həddən artıq dərin qatlardadır; bu, az qala, 5 min ilə çatan ənənələr bizim qan yaddaşımızda, xarakterimizdədir!

Hətta Allahın bəşəriyyətə ən son göndərdiyi Quranı qəbul edib, islamlaşan türk qövmləri bu ənənələrindən imtina etmədilər, islam üləmaları isə bunu qəbullanmaq məcburiyyətində qaldılar. “Türk sufizmi” deyilən dünyagörüşün əsl mahiyyəti budur: islam dünyasındakı 500-ə yaxın (hələ elmə bəlli olan) təriqətin yaradıcılarının 90 faizinin türklər (məxsusən azərbaycanlılar) olmasının səbəbi də budur, maq, qam (şaman) zərdüşti (avestaçı), tanrıçılıq, məzdəkilik… görüşlərini islamda oturuşduran da bizik! Səbəb gələnəklərə sadiqliyimiz, inanc sistemimizdir və biz elə məhz buna görə mövcuduq!

Tabunun “polinesiya”-filan mənşəyini kənara qoyun, məğzi birbaşa türk düşüncəsinə aiddir. Açın “Dədə Qorqud”u, oxuyun və görəcəksiniz ki, ənənəyə, tabuya qarşı çıxan ən şərəfli, ən vicdanlı qəhrəmanını, “Tenqridən gəlmiş” elitasının ən böyük sərkərdəsini belə bu xalq bağışlamır!

Bizim dövrümüzün də dəyərləri var – Freddi, Mübarizdi, Poladdı… və 44 gün üçün həm də Xudayardı.

Bunları bu xalq toplum olaraq artıq TABU elan edib. Necə ki, övliyaya, övliyanın dəfn olunduğu ocağa toxunub-dağıda bilməzsən, eləcə də Fredə, Mübarizə, Polada, Xudayara… dəyə bilməzsən!

Allaha inanmırsan ki? – namaz qılma, oruc tutma, get nə istəyirsən, et. Ancaq məscidin önünə gəlib, Allaha hərzə-hədyan demə, sənin sülələni kəsərlər!

Övliyaya inanmırsan ki? – inanma, ziyarətinə getmə, üstündə qurban kəsmə. Ancaq övliyanın üstündə araq içmə – yeddi arxadönənini qəbirdən çıxarıb, böyrünə düzərlər.

Dəyərlərimə, qəhrəmanlarıma inanmırsan ki? – cəhənnəmə inan. Ancaq sus və mənim inanclarıma dil uzatma!

Az öncə Mübarizə dil uzadan qız yadınızdadırmı? – o, gənc-psixoloq-tələbəni deyirəm. Kimliyi artıq kimsəyə sirr deyil. Təhqir etmək üçün xatırlatmıram, sadəcə, onun düşüncə və yaşam tərzini göz önünə gətirmək istəyirəm.

Sosial şəbəkədə cismini satışa çıxaranlar Cismini bu Vətənə qurban deyən Mübarizlərə dil uzada bilməz!

Xudayarı təhqir edənin videosuna baxın: Hər təpikdə zarıyır (“it kimi zingildəyir” də deyərdim, ancaq təhqir etməmək üçün özümlə çarpışıram), qorxaqcasına yalvarır… Xudayar isə döyüşə oxuya-oxuya gedirdi; həm də hansı mahnını? – “Vətən yaxşıdır”…

Ay… uşaq, bir təpiklə zingildəyirsən, qorxundan yalvarırsan, sən Ölümün üstünə Vətən naminə oxuya-oxuya gedən Dəyərimə necə dil uzada bilərsən?..

Bu xalqın tabularına toxunmayın, əl-dil uzatmayın, kompüterin klaviaturası arxasına keçib şirə dönməyin: sənin LGBT-də kef edib, Bakıda homo-aksiya keçirə bilməyin, erməninin… tapdağı altında qalmamağın üçün canından keçənləri dəyərləndirmirsənsə, cəzanı Allah versin, özün bilərsən! Ancaq bu xalqdan qorx, yaşadığın torpaqdan, millətdən çəkin!

O ki qaldı DİN-in araşdırmasına…

Nazirindən tutmuş sıravisinə qədər – orda çalışanlar da bu xalqın dəyərləri ilə yaşayanlardır, Vətən savaşında da öz sıralarından az şəhid verməyiblər.

Onlar xalqın dəyərlərinə hörmət edəcəklər – buna inanıram. Tənbehin olacağını istisna etmirəm, ancaq cəza olmayacaq!

Hər halda, Vilayət Eyvazovun rəhbərlik etdiyi qurumdan bunu gözləyirəm: dəyərlərimizi qoruyanları sındırmaq olmaz, ancaq zorakılığa görə xəbərdarlıq edilə bilərlər.

Baxmayaraq ki, o zorakılığı edənlər heç kəsi öldürməyib, qanına qəltan da etməyib, sadəcə, XƏBƏRDARLIQ ediblər.

Dəyərlərimizə dil uzadanlara mütləq bir xəbərdarlıq edilməliydi, mütləq!..

Şeyx Teymur

Share: