Ötən ilin rezonans doğuran cinayət hadisələrindən biri tanınmış iş adamı Emil Ağacanovun iş yoldaşı və yaxın münasibətdə olduğu bildirilən İradə Oleq qızı Muradovanın ölümü ilə bağlı cinayət işi olub. Hadisə ilə əlaqədar ölkə mediasında çoxsaylı xəbərlər və jurnalist araşdırmaları dərc edilib.
Zərərçəkmiş tərəfin Müstəqil.az-a bildirdiyinə görə, cinayət işi üzrə Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai istintaq birtərəfli aparılıb. Bu barədə müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara müraciətlər edildiyi qeyd olunur.
Daha sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbinə Məmmədzadə sədrlik edib. Zərərçəkmiş tərəfin iddiasına görə, məhkəmə baxışı zamanı onların vəkilinin qaldırdığı bir sıra vəsatətlər təmin edilməyib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən E. Ağacanov anlaqsız vəziyyətdə hesab edilib və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması, yəni məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edilib.
Zərərçəkmiş tərəfin vəkili, hüquqşünas Rəşad Cəbrayılov redaksiyamıza bildirib ki, həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Onun sözlərinə görə, hakim Elməddin Mirpaşa oğlu Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib və iş məhkəmə baxışına təyin edilib. Lakin hələlik əsas məhkəmə iclasının tarixi müəyyən edilməyib.
Ötgün




















