Vətən müharibəsində döyüşən gənc şairlərlə görüş – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində iştirak etmiş gənc şairlər Alparslan Oğuz və Emin Piri ilə Mədəniyyət Komitəsində görüşüb.

Müstəqil.Az xəbər verir ki, millət vəkili onları tarixi zəfər münasibəti ilə təbrik edib, gənclərin cəbhə xatirələri ilə tanış olub.

Gənc şairlərin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatıdığı, Füzulidən başlayıb, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xocavənd və b. rayonlarımız uğrunda vuruşduqları xatırladılı. Millət vəkili onların vətənpərvər şeirlərində səmimi olduqlarına, yaradıcılıqlarının oxucular tərəfindən yüksək qiymətləndirilməsinin təsadüfü olmamasına diqqət çəkib.

A.Oğuz və E.Piriyə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu, eləcə də, Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

A.Oğuz və E.Piri səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib. Şairlər döyüş xatirələrini mütləq qələmə alacaqlarını vurğulayıblar.

Share: