Hörmətli dənizçi valideynlər və əziz şagirdlər,
Biz, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi son günlər vahid məktəbli geyimlərinin tətbiqinə qarşı yönələn bəzi əsassız etirazları dərin narahatlıq və təəssüf hissi ilə izləyirik.
Təhsildə vahid geyim formasının olması əslində bərabərliyin, nizam intizamın, xarici görünüş cəhətindən birinin digərindən fərlənməməsidir. Bu çox dügün siyasıtdir. Təsadüfi deyil ki, biz dənizçilər də təhsil aldığımz müddətdə həm Azərbaycan Dövlət Dəniz Akademiyasında, həm dənizçilik kollecində, həm də vaxtı ilə dənizçilikixtisası üzrə ixtisaslaşmış texniki peşə məktəblərində vahid geyim formasından istifadə etmişik. Bu gün də bir çox təhsi müəsisələrində vahid geyim formasından istifadə olunur.
Bu gün orta ümumtəhsil məktəblərdə tətbiq edilən vahid geyim forması da məhz həmin fəlsəfənin, bərabər olmağın nümunəsidir.
Əminliklə söyləmək olar ki, bəzi şəxslərin bu geyimləri dini dəyərlərə zidd kimi qələmə vermək cəhdləri tamamilə yanlışdır. Vahid məktəbli geyiminin tətbiqi İslam dininin əleyhinə deyil, əksinə, onun uca dəyərləri ilə tam bir ahəng təşkil edir.
Vahid məktəbli geyimlərinin tətbiqinə etiraz edənləri bu istiqamətdə apardıqları təbliğatı dayandırmağa çağırırıq. Hər kəsin diqqətinə çatdırırıq :
Davamiyyətli, intizamlı və təhsilə hörmət: Bütün bəşəriyyətə məlumdur ki, İslam dini nizam və intizam, dürüstlük və ədalətli olmağa sövq edilən dindir. Dövlətin elm ocaqları üçün təyin etdiyi qaydalara riayət etmək, cəmiyyətdə xaosun qarşısını almaq hər bir vətəndaşın borcudur. İslamın yaradıcısının, oxumaq, oxumaq, qəbr evinə qədər oxumaq kəlamı hər daim aktualdır. Şagirdlərin fikrini müxtəlif mövzulardan, xüsusi ilə “nə geyinim?” qayğısından azad edərək tamamilə elmə yönəltmək dinimizin elm öyrənmək çağırışına tam uyğundur.
Bərabərliyin hər kəs üçün tətbiq edilməsi: ümumtəhsil ocaqları fərqli sosial təbəqələrdən olan uşaqların bir araya gəldiyi, birinin digərindən zahiri görnüçünə, geyiminə görə fərqlənmədiyi müqəddəs bir məkandır. Vahid geyim imkanlı və imkansız ailələrin övladları arasındakı fərqi vizual olaraq silir, uşaqların psixologiyasını sinfi ayrı-seçkilikdən qoruyur.
Dövlətçilik tərbiyəsi: Xüsusi uniforma geyinmək gənc nəslə erkən yaşlarından qanuna, nizama hörmət etməyi və rəsmiyyəti öyrədir. Dövlətin məktəb üçün təyin etdiyi formaya qarşı çıxmaq, qanunlara zidd getmək, tövsiyyə olunan və gözlənilən nizam intizama sayğısızlıqdır.
Diqqətin təhsilə yönəldilməsi: Hər kəsə məlumdur ki, məktəb dəb nümayişi, moda axtarışı yeri deyil. Məktəb elm ocağıdır. Vahid geyim şagirdlərin fikrini hər gün geyim qayğısından azad edərək tamamilə dərslərinə diqqət yetirməyə kömək edir.
Biz, Sizləri “Dənizçilərə Sosial Dəstək İctima Birliyi olaraq, ölkəninin iqtisadi həyatında mühüm rol oynayan bir zünrə olaraq, dövlətimizin iqtisadi və mənəvi dəyərlərini üstün tutaraq, çətin və şərəfli dənizçi həyatı yaşayaraq Ölkəmizin təhsil siyasətində də apardığı islahatlara, yeniliklərə dəstək duraraq, Ölkə rəhbərinin ətrafında sıx birləşərək övladlarımıza bərabərliyi və intizamı məhz məktəb illərindən peşəkar şəkildə aşılamağa, tövsiyyə etməyə çağırırıq!
Hər birinizə dərin hörmətlə,
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin İdarə heyətinin sədri,
AXDG QSC DND-nin gəmi kapitanı, AYB-nin üzvü, Azərbaycan Yazıçılar Birliyin HəmkərlarTtəşkilatının sədri,Prezident mükafatçıdı və bir çox Beynəlxalq mükafatların laureatı Faiq Balabəyli





















