Söz sözü çəkib apardığı kimi, adamı da özü ilə aparır. Cazibəsinə salır. Özün də bilmədən onun əsirinə çevrilirsən. Yazdıqlarının şeir, hekayə, … təhlil, münasibət olacağı sənitutan sözdən asılıdır. Ruhuna yatan sözdən.
Könlünü oxşayan sözə söz qoşan Vaqif Osmanlı tanıdığı, tanımadığı müəllifin diqqətini çəkən əsərinin görünməyəntərəflərinə işıq salır, özünün güclü təxəyyül təhlili ilə müəllifitəəccübləndirə bilir. Müəlifi də, əsəri də oxuculara VaqifOsmanlı imzasıyla sevdirir.
“70-in işığında” kitabı Vaqif Osmanlını oxucusuna şair, nasir, təhlil və araşdırmaçı olaraq tanıtımıdır.
Vaqif Osmanlı insanı söz-söz, baxış-baxış duyur. Vəduyduqlarını yazır. O, yazdıqları ilə baş-başadır. Həyatdabaxışları daha çox danışdığı kimi, yazılarında da düşüncələridanışır.
Vaqif Osmanlının hekayə dili də çox rəvandır, oxucunuyormur. Təsvirlər o qədər cəlbedicidir ki, oxucu özünühadisənin içində hiss edir. İnsanı duymaq, yaşananları yaşamaq, ibratamiz məqamlarla zəngindir.
Kitabı oxuduqca, Xoşbəxt nənənin Bayram dərdi, OqtayEldəgəzin “Vətən”, “Millət” deyərək dırnaq-dırnaq sızlayanqəlbinin sızıltıları … Tofiq Qəhrəmanovun tale sonluğu … hərdəfə gəmi ilə Neft Daşlarına gedib-gələrkən Nargin adasınınyanından keçəndə müəllifin Müşfiqin və neçə-neçə Müşfiqlərinruhları ilə söhbəti …, nakam istedadlı gənc şairlər – MəlikCahanın eynəkli qızı … Rauf Ranın qazda boğulan səsininyanğıları qəlbimi sızlatdı, içimi odladı.
Bu sızlantıların içində Ali Kafkasyalının Qafqazın qoçaq“Qafqaz qaçaqları”nın həyatı …, Safruhun milli dil göynərtisi…, ölkəsindən sürgün olanların hər gördükləri çaya “Araz” demələri …, doğmalarının qəfil düçar olduqları əlacsız ağrılarıngöz dərdi – yaşantıları …, bir yazarın deyə bilmədiyi, ammaanlatdıqları da oldu.
… Simpozium uğuru, Neft Daşlarının dirəkləri kimiinsanlarının da tufanda məğrur dayanmaları …, Xəzərinəsrarəngiz gecələrinin duyğuları da sevindirdi.
***
Nargin – Böyük Zirə adası. Vaqif müəllimin hər dəfə NeftDaşlarına – “Möcüzələr adası”na gedib-gələndə ruhların səsiniduyması, Müşfiqin düşüncələrinə oy verməsini anladıqca nələryaşadığını, nələr çəkdiyini oxuduqca, onu yaxşı tanıyan, Müşfiqisevən adam kimi Vaqif müəllimlə o hissləri mən də yaşadım.
Ruhlarla söhbət insanda fərqli hisslər oyadır. Bəlkə də, yaşamaq elə budur. Yoxluqda varlıq axtarmaq, onu olan kimiqəbul etmək – onunla danışmaq, anlamaq…
Biz özümüz də duyduğumuz, anladığımızla bilikdə bir ruhuq. Ruh adamları bunu daha yaxşı anlayırlar. Elə ona görə də o qədər adam içində təkcə Vaqif müəllim göyərtəyə çıxıb doğmaruhların səslərini eşitmək, dinləmək istəyir. Onları eşidən, dinləyən, unutmayanların olduğunu hiss etsinlər deyə. Əslində, yaşamaq duyaraq yaşamaqdır. Yəqin Müşfiq də Vaqif müəlliminolacağı gəminin keçəcəyi günü gözləyirmiş. Görmək, görüşmək, salamlaşmaq üçün. Görmədiyin, amma sevdiyin, ruhən yaxınolduğun insanla doğmalar kimi görüşmək, söhbət edib: “yenəgələcəm”, – demək gözəldi. Bu insan yaşantılarıdı.
Ruhu doğmalıq bütün doğmalıqlardan üstündür. Təmənnasız, öhdəliksiz – sevgi dolu.
Vaqif müəllimin də ürəyindən Araz boyda Qara çay keçir. O qədər də böyük olmayan, amma doğmaları ayıran, dərdli, soyuqQara çay.
“Görəsən bütöv Azərbaycan olmaq üçün bizə nə qədər Arazlazımdır?!”
“1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim XuduMəmmədovun tanış olması yeni siyasi təşkilatın yaranmasınatəməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindənmilli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə1962-ci il dekabrın 27-də 95 nəfər milli ziyalını ətrafındabirləşdirən “Milli Azadlıq Qərargahı” (MAQ) fəaliyyətəbaşladı”.
Kitab sovetin qılıncının dalının belə kəsən vaxtlarındamüstəqillik üçün mübarizə aparan MAQ-nın üzvləri olanMİLLƏT FƏDAİLƏRİni bizə tanıtdı:
1. Oqtay Eldəgəz – MAQ-ın sədri;
2. Xudu Məmmədov – birinci müavin;
3. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrəmüavin;
4. Əlisöhbət Sumbatzadə – akademik;
5. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
6. Hüseyn Arif – şair;
7. Əsədulla Qurbanov – professor;
8. Bəxtiyar Vahabzadə – xalq şairi;
9. Yusif Vəliyev – xalq artisti;
10. Rüstəm Səfərəliyev – dövlət xadimi;
11. Bəxtiyar Məmmədov – məşhur neftçi.
Daha iki millət fədaisinin yaddaşlarda qalan xatirəsi:
“1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətin39-cu ildönümü günündə Cahid Hilaloğlu və ÇingizAbdullayevin Qız qalasının üstündə üçrəngli bayrağımızıdalğalandırması milli hərəkatın işartısı sayılır”.
Vaqif müəllim qaçaqçılıq hərəkatından, onların ənmübarizlərindən nümunələrr gətirməklə tariximizi yaxşıbilməməyimizin utancını yumaq istəyir.
Dəyərli alim, professor Ali Kafqasyalının “Qartallar sınırtanımır”, “Qafqaz qaçaqları” kitablarını təhlil edir və qaçaqlarınVətənin azadlığı – Azərbaycanın müstəqilliyi uğrundaapardıqları mücadilələrindən və sonda düşmənin əlinəkeçməmələri üçün özlərini öldürməyi üstün tutmalarınımisallarla verir (Məcidi Məcid vurdu). Millətin azadlığı uğrundaac-yalavac dağlara çəkilən qaçaqların bolşeviklərə, ermənilərəqarşı mübarizəsində qadınlarımızın – qızlarımızın da vuruşduğunu – Qaçaq Süleyman adıyla döyüşən Gülsümüntimsalında onların qətiyyətini, mərdliyini bir daha oxucularaçatdırır.
Vaqif Osmanlı həyatının 43 ilini həsr etdiyi – işlədiyi Neft Daşlarına olan sevgisi, onun əsrarəngiz gecələrininyaradıcılığına verdiyi tövhələri sevə-sevə qələmə alır.
Ömrünü dağlar və dənizlə yarıya bölən Vaqif Osmanlıkeçmişinə xatirə dolu sevgiylə boylanır. Xeyirxah insanlarısevgilə yad edir.
Sevimli ustadı Əsəbəli Osmanlını xoş sözlərlə xatırlayır.
Müəlliflərin yaradıcılığına işıq salan İşıq Adam onlarasevgiylə yanaşır.
Vaqif müəllimin yazılarında onun coğrafiya müəllimi olmasıaçıq hiss olunur. Dağ, Ay, Günəş, meşə, dəniz, quşlar, yağış, bulud… Təbiətin ədəbiyyatda təsviri və tərənnümü – vəhdət.
Vaqif Osmanlının təsvirə, tərənnümə yönələn duyumugözəldir. Məncə hər şey duymaqdan başlayır. Ürək duyduğunuistənilən formada ifadə edə bilir.
Bəzi insanların Qu-qu quşuna bənzətməsi…
Vaqif Osmanlının təbiət bənzətmələri çox gözəldi: “lalələrtarlalarda tonqal qaladılar“, “dağ başında əmmamə”, “çaylarhirslənib özlərinə sığmırdılar”, “çiçəklər arılara naz satır”, “arılar güllərlə öpüş üçün dolaşırdılar”…
Qarabağ müharibəsinin ağrıları, yaşantıları, anaların, xanımların dəyanəti, mətanəti, dözümü əsərlərdə xüsusivurğulanır.
İşıq adamın o qaranlıq gecələrdə vərəqlərə işıq saçan söz işığıyaddaşımıza da işıq saldı. Hər sözü yaddaş olan sözü – deyimi, anımı…
Aforizmlər deyən Vaqif müəllimin aforizmlərdən yerindəistifadəsi və Qandi düşüncəsinə xüsusi sevgisi də maraqlıdır.
Vaqif Osmanlının 2022-ci ilin 9-12 oktyabrında TürkiyəninƏzincan şəhərində düzənlənən Uluslararası Türk DünyasıSimpoziumun 800 nəfərlik nümayəndələr içərisindən seçilərəksimpoziumun panel iclasının aparıcılıq etməsi və qaçaqlarlabağlı məruzəsinin böyük müzakirəyə səbəb olması birAzərbaycan türkü olaraq məndə yaratdığı qürurun üstünə çıxışmətnini kitabda oxuyandan sonra böyük bir sevinc də gəldi.
İşıq adamın qaranlıq gecələrdə vərəqlərə işıq saçan, hər sözüyaddaş olan söz işığından bəhrələndik.
Oxuduqca, vərəqlər insanın içini vərəqlədən “70 yaşınişığında” kıtabı yolumuza işıq saldı. Yazılanlar həm yatanlarıoyatdı, həm də yatırılanları.
“Oxunası kitablar” seriyasından olan bu kitabı Vaqif Osmanlının sevilən “Oxunan dualar” kitabının davamı kimi dəqəbul etmək olar.
Rəfail TAĞIZADƏ
şair-publisist























