Türkiyədə FETÖ–yə qarşı növbəti əməliyyat

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, növbəti belə əməliyyat FETÖ terror təşkilatının üzvlərinin saxlanılması məqsədilə İzmirdə keçirilib.

Şəhərin müxtəlif rayonlarında yerləşən 30 ünvanda paralel aparılan əməliyyatlar nəticəsində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 31 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən olunub.

Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı böyük həcmdə maddi vəsait və rəqəmsal material aşkarlanaraq müsadirə edilib.

Müstəqil.Az

Share: