Türkiyədə Aysel Nəsirzadənin “Günüm gecəylə başlar” adlı şeirlər kitabı çap olundu

Müstəqil.az xəbər verir ki,istedadlı,gənc şair Aysel Nəsirzadənin İstanbulda, Türkiyə türkcəsində yeni şeirlər kitabı işıq üzü görmüşdür.

Kitabın ön sözü,tərcüməsi,baş redaktorluğu dəyərli yazıçı,tərcüməçi , Türk ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşara aiddir. “Günüm Geceyle Başlar” adlı yeni şeirlər kitabı qardaş ölkənin bütün nüfuzlu kitab mağazalarında,oxucuların ixtiyarına verilmişdir.
Azərbaycan ədəbiyyatını Türkiyədə mükəmməl təmsil etməkdə yazıçı İmdat Avşarın gördüyü işlər əvəzsizdir.

Gənc yazar Aysel Nəsirzadəyə yaradıcılıq uğurları arzulayırıq .

 

Aysel Səfərli 

Müstəqil.az 

Share: