Trevis Skott konsert zamanı bir milyon dollarlıq məhsul sataraq rekord vurub

Reper Trevis Skott Londonda iki konserti zamanı bir milyon dollardan artıq dəyəri olan məhsul satıb və Koreyalı BTS qrupunun Britaniyada analoji rekordunu qırıb.

Reper Londonda iki konsert verib. Sənətçinin pərəstişkarları Skottun Böyük Britaniyadakı çıxışı üçün xüsusi olaraq hazırlanmış əşyaları böyük həvəslə əldə ediblər.

Qeyd edək ki, sviterlər 100-125, köynəklər 45-75, papaqlar isə 45 dollara satılıb.

Mənbə: gazeta.ru

Share: