Tramp arvadının adını səhv yazdı, xəbər tutunca…

ABŞ Prezidenti Donald Tramp paylaşdığı statusda xanımının adını səhv yazıb.

Müstəqil.Az xəbər verir ki, “Hill” əməliyyatdan sonra evə qayıdan Melaniya Tramp haqda yazdığı statusda Donald Trampın ciddi səhvə yol verdiyini və xanımının adını “Melani” kimi qeyd etdiyini bildirib.

“Bizim füsunkar birinci ledinin Ağ Evə qayıtması çox gözəldir. Melani özünü çox yaxşı hiss edir. Dualarınıza və dəstəyinizə görə çox sağ olun”, – Tramp Tvitterdə yazıb.

Az sonra Tramp bu paylaşımını silib və xanımının adının düz yazıldığı status paylaşıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, ölkənin birinci xanımı Melaniya Tramp böyrəyindən əməliyyat olunmuşdu.

Müstəqil.Az

Share: