Toydan çıxan şəxs bıçaqlandı

Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb. 

Müstəqil.Az  bildirir ki, bu haqda Qafqaz.info” xəbər verib.  Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini 1990-cı il təvəllüdlü Mamedov Fərman Aydın oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisə bıçaqlanan şəxsin toydan sərxoş vəziyyətdə çıxmasından sonra baş verib.

Faktla bağlı Şəmkir Rayon polis şöbəsində araşdırma aparılır.

Share: