Tokayev Lukaşenkonun iradına belə cavab verdi — Video

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada MDB dövlət başçıları Şurasının iclası keçirilir.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, iclas zamanı Qazaxıstan və Belarus Prezidentləri Kasım-Jomart Tokayevlə Aleksandr Lukaşenko arasında dialoq marağa səbəb olub. 

Belə ki, Belarus Prezidenti Kasım Jomart-Tokayevdən nəyə görə hər kəsə MDB-nin İcraçı katibinin adının MDB Baş katibi olaraq dəyişdiriləcəyini açıqlamadığını soruşub. 

Tokayev isə Lukaşenkonun bu iradına gülərək belə cavab verib: “Aleksandr Qriqoryeviç, indi sizin sevimli məşğuliyyətiniz sədri tənqid etməkdir?!”

Tokayevin bu cavabı zaldakılarında təbəssümünə səbəb olub. 

O, daha sonra yenidən Lukaşenkoya üzünü tutaraq “Bunu istəyirdiniz?” sualını ünvanlayıb.

 


Share: