Tərtərdə xidmət edən əsgərlər Şuşa kilsəsində xaç suyuna çəkildi – FOTOLAR

Tərtər rayonunun işğal altındakı Madagiz kəndində qanunsuz hərbi hissədə xidmət keçən erməni əsgərlər Şuşa kilsəsinə gətirilərək xaç suyuna çəkdirilib.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
Azərbaycanın işğal altındakı torpaqlarındakı qeyri-qanuni erməni “müdafiə ordusu” yanında qadınlar şurasının rəhbəri Ramella Dadayanın təşkil etdiyi layihənin məqsədi qanunsuz hərbi hissələrdə xaç suyuna çəkilməmiş əsgərlərin hamısını bu ayindən keçirməkdir.
Bu ideyanı bəyənən “deputat”lar: Aram Qriqoryan, Robert Kaqramanyan, Ararat Orandjanyan, Eduard Agabekyan, Vilen Safaryan,  Qaqik Baqunts, Arsen Arustumyan,  “Artsax” hərəkatının lideri Arkadi Karapetyan və digərləri erməni dığalarının xaç atası rolunda çıxış ediblər. R.Dadayan bildirib ki, onların Madagiz hərbi hissəsindən başlanan işi fasiləsiz olacaq.
P.S. Neçə illərdir ki, erməni rəsmiləri və din xadimləri, eləcə də Azərbaycandan bəzi məsul şəxslər Qarabağ uğrunda savaşın dini xarakter daşımadığını iddia edirlər. Lakin faktlar göstərir ki,  Ermənistan tərəfi məsələyə məhz bu zəmində yanaşır.

Share: