Sünnət olunan 10 yaşlı qız həyatını itirdi – DƏHŞƏT…

Somalidə məhəllədəki bir qadın tərəfindən sünnət olunan 10 yaşlı qız uşağı qanaxmadan həyatını itirib.
Müstəqil.Az xəbər verir ki, uşağa ilk yardım göstərən həkim “Həyatımda belə sünnət edilən birini görmədim” deyərək uşağın xəstəxanaya gətirilən zaman artıq ediləcək bir şey olmadığını bildirib.
Azyaşlının atası bunun mədəniyyətlərinin bir parçası olduğunu söyləyərək sünnət edən qadından şikayətçi olmayacaqlarını açıqlayıb.
Qeyd edək ki, Somali konstitusiyası qadın sünnətini qadağan etsə də, ölkədə bu cinayəti cəzalandıracaq bir qanun yoxdur.
Müstəqil.Az

Share: