Sumqayıtda dəm qazından bir ailənin altı üzvü boğularaq öldü

Sumqayıtda ötən gün bir ailənin 6 üzvü dəm qazından boğularaq faciəli şəkildə ölüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, hadisə Sumqayıt şəhəri, Sülh küçəsi 5-ci məhəllə adlanan ərazidə baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına qonşular tərəfindən məlumat verilib. Qonşular mənzildən iy gəlməsindən şübhələniblər.

Sumqayıt Şəhər Prokurorluğu ölənlərin adlarını açıqlayıb:

Onlar Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasovadır.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Müstəqil.Az

Share: