“OSKAR”-ın qalibləri məlum oldu

Dünən nəhayət ki, çoxdan gözlənilən 90-cı “Oskar” mükafatının təqdimat etmə mərasimi keçirilib.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi gecədə Hollivudun tanınmış simaları iştirak edib. “The Shape of Water” filmi “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb.

Qaliblərin tam siyahısını təqdim edirik:

Ən yaxşı film -“Suyun şəkli” (The Shape of Water)

Ən yaxşı qadın rolu – Frensis Makdormand “Ebbinq sərhədində üç bilbord, Missuri” (Three Billboards Outside Ebbing, Missouri)

Ən yaxşı kişi rolu – Qari Oldman “Tünd vaxtlar”

Ən yaxşı rejissor Gilyermo del Toro, “Suyun şəkli” (The Shape of Water)

İkinci planın ən yaxşı kişi rolu – Sem Rokuell “Ebbinq sərhədində üç bilbord, Missuri” (Three Billboards Outside Ebbing, Missouri)

İkinci planda ən yaxşı qadın rolu Ellison Cenni – “Тonya hamıya qarşı” (I, Tonya).

Ən yaxşı uyğunlaşdırılmış ssenari – Ceyms Ayvori, Andre Asimanının “Məni öz adınla çağır” (Call Me by Your Name) romanı əsasında

Ən yaxşı orijinal ssenari – Cordan Pil, “Uzaqlaş” (Get Out).

Ən yaxşı operator işi – Rocer Dikins – “Tiyə ilə qaçan 2049” (Blade Runner 2049)

Xarici dildə ən yaxşı film – “Fantastik qadın”, (Una mujer fantstica) Çili.

Ən yaxşı vizual effektlər – “Tiyə ilə qaçan 2049” (Blade Runner 2049)

Ən yaxşı montaj – “Dyunkerk” (Dunkirk)

Ən yaxşı səs montajı – “Dyunkerk” (Dunkirk)

Ən yaxşı səs tərtibatı – “Dyunkerk” (Dunkirk)

Ən yaxşı bəstəkar – Aleksandr Depla “Suyun şəkli”, (The Shape of Water).

Ən yaxşı mahnı – “Remember me” – “Kokonun sirri” (Coco).

Ən yaxşı qısametrajlı animasiya filmi – “Əziz basketbol” (Dear Basketball).

Ən yaxşı animasiya filmi – “Sirri Koko” (Coco).

Ən yaxşı qısametrajlı sənədli film – (Heaven is a Traffic Jam on the 405) bu tıxac Cənnət”.

Ən yaxşı sənədli film – “İkar” (İcarus)

Ən yaxşı qısametrajlı film – “Lal uşaq” (The Silent Child).

Ən yaxşı geyim dizaynı – “Xəyali sap” (Phantom Thread).

Ən yaxşı qrim və saç – “Tünd vaxtlar” (Darkest Hour).

Ən yaxşı film dizaynı – “Suyun şəkli” (The Shape of Water)

 

Share: