Sülh formulu sammiti bu tarixdə baş tuta bilər

Sülh formulu sammiti 2 iyul 2023-cü ildə – tammiqyaslı müharibənin başlanmasından 500 gün sonra baş tuta bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“500 günlük genişmiqyaslı müharibə, bu, artıq iyulda olacaq. Və bu, simvolik vaxt dövrüdür, sülh formulu sammitini toplamaq üçün yaxşı aydır”, – Zelenski . G7 sammitində bildirib.

Ukrayna dövlət başçısı G7 ölkələrinin liderlərini ölkəsində genişmiqyaslı müharibəyə son qoymaq üçün sülh formuluna qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Ukrayna sülh formulunu elə hazırlayıb ki, onun hər bir bəndi BMT qətnamələri ilə dəstəklənib.

Zelenski vurğulayıb ki, “dünyada hər kəs özü üçün həyata keçirməyə kömək edə biləcəyi nöqtəni seçə bilər”.


Share: