replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

“Sizin məndən xəbəriniz olmadı…” – Faiq Balabəylinin şeirləri

Qorxudan əsmir ürək –

Hələ küləkdir əsən,

yeri-göyü dağıdır,

İncikdir buludların göydə qərib duruşu

Ağ buludlar göylərin qalxan ağ bayrağıdır

Sanki uduzub durub bir amansız vuruşu.

 

Tiyəsini qan örtmüş yerə düşən xəncərin

Qəbzəsindən qan damıb

Yaralı döyüşçünün

alın tərinə batıb.

Uzaqda, çox uzaqda

Gövdəsinə çırpılan amansız ləpələrdən

Gəmi necə qorunur – lövbər zəncirin dartıb.

 

Hələ əsən külək də vəd etmir yaxşı heç nə

Ümmanda ruha dönən biçarə gəmilərin

Zor düşüb yelkəninə;

İçi havayla dolub,

necə dönsün bu yolu

Dalğalar da gizlənib dəryada gecə vaxtı

Fırtınanın cənginə özünü atıb necə.

 

Sükanın arxasında dayanan kimdir axı

şimaldan əsən külək şturvalı oynadır

Biz beləmi doğulduq, biz beləmi böyüyək?-

biçarə bir gəminin heyətinə yazılan

saxta, yaltaq qaydadır.

Buve adası haqqında bilməniz gərəkən hər şey

Bu yorğun ayaqların üstündə gəzən bədən

Görən niyə dincəlmir,

axı niyə və nədən?

Təlatümlü havada ləngər vuran gəmidən

Gör necə imdad udur,

çarəsiz qaldığından

Yosunlar necə tutub gəminin gövdəsindən.

***

Saçlarını kəmənd et

dola boynuma, saxla.

Özünü, rəhmin gəlsin,

atma qoynuma, saxla.

 

Əllərimə göz ucu

diqqət elə, nəzər sal,

elə-belə, dilucu

soruş, deyim bu nə hal.

 

Bilirsənmi, üşüyür

kəndimizdə ağaclar,

qırov bağlayıb ömrüm,

buz bağlayıbdı saçlar.

 

Sərgərdan ruh kimiyəm

Xəyalım göy üzündə

gözlərim donub qalıb

yenəmi gör, üzündə?

 

Həyatın o üzü də

bu üzütək qarışıq

itirmişəm gündüzü

gecəm qarmaqarışıq.

***

Həəə, indi hər şeyin yada düşən vaxtıdır,

yaddaşımın küncündə ötənlərdən heç nəyi

saxlamaq olmur, olmur.

Uşaqlığın uzaqda qalan ağrılı günün

yaşayıb da, həsrətin acısını duyaraq

tikan batan əlini ağzına təpib, sonra

Bu ağrını hiss edib

bu ağrıya yenidən

ağlamaq olmur, olmur.

 

Bizim kəndin örüşü, otlağı, şor kanalı

söyüd ağaclarının kölgəsindən keçən arx,

Bir də qonşu uşaqlar,

bağdan oğurluq etmək;

bu arxın üst qatında belə idi lap qabaq

vur çartlasın olardı, bilirsən də, təmtəraq…

Azərbaycanda meyvə bağlarının güzəştli sığortası başladı – ŞƏRTLƏR,  MƏBLƏĞLƏR, MİSALLAR | marja.az

İndi hanı o gənclik,

Kimin yanında durub qonşu bağına girmək

oğurluq meyvə dərmək…

Deyən, axı heç kəsə ümid adlı gümanı

bağlamaq olmur, olmur…

 

Xamravadan bəriyə, Bazıdan keçib həmən

uşaqlıq xatirənin arxasınca düşərək

getdiyin Mahmud parağ…

Yolun hər iki yanın

Basıb ot-ələf, alağ…

***

Saçlarını kəmənd et,

at boynuma, tut, qalım,

bircə udum havatək,

Çək içinə, ud qalım.

Instagram'da 𝙴𝚖𝚘𝚝𝚒𝚘𝚗𝚜 ☯︎: “Üzülən tərəf sən olduqdan sonra,haqlı  olmagın bir mənası qalmır.🌊#N🍃” | Makyaj fikirleri, Makyaj

Gedirəm, hey gedirəm,

Mövlanayam, qədirəm

Bilirəm ki, bilirəm –

bilirsən, unut, qalım.

 

Qoy sıxılım köksünə

Bələnim sevincinə

Qəlbinin bir küncünə

məhkum elə at, qalım.

 

Bil ki, dərdə zahıyam

ağrısıyam, ahıyam,

məğlub yurdun şahıyam

qoşunu çək, mat qalım.

 

Heymi qaldı qolumda

sən inzafsızda, zalımda

ölüm sənin yolunda,

Axır salamat qalım.

 

Xəbərimiz olmadı

 

Sizin məndən xəbəriniz olmadı;

harda idim, necə bir gün yaşadım,

üz-gözümdə sevinc vardı, amma ki

ürəyimdə necə küskün yaşadım, –

Sizin məndən xəbəriniz olmadı…

 

Susuzluqdan cadar idi dodağım,

əllərimin qabarınnan nə deyim.

Yorğun idi, yerimirdi ayağım

doğmalara, çırpınaraq can atan,

ürəyimin qubarınnan nə deyim –

Sizin məndən xəbəriniz olmadı…

 

Kənd yolumuz, Bazı tərəf, Xamrava

ayağımın izlərini saxladı

zaman keçdi, yaşım üstə gəldi yaş

dərd yol açdı sevincimi haqladı, –

Sizin məndən xəbəriniz olmadı…

 

Yada düşür, yad olmayan o günlər

xatirələr ağlın alır adamın

Yalan desəm, qoy dillənsin bilənlər

toyum günü köç eləyən atamın

gözlərində donub qalan göz yaşı

ürəyimdə daşa döndü o gündən –

Sizin məndən xəbəriniz olmadı…

 

Kəndimizin adamları… nə deyim

eləsi də, beləsi də doğmadı.

Bəzən oldu cadar olmuş torpağa

Tanrı göydən durub baxdı, amma ki,

göz yaşıtək bircə damcı yağmadı;

bu Tanrının alqışıydı, qarğışı –

xəbərimiz olmadı.

 

 

***

Bütün ili ağlamışam səninçün, –

anam dedi, bacım dedi, sən dedin.

Bu nübarı saxlamışam səninçün, –

anam dedi, bacım dedi, sən dedin.

 

Göz yaşımız yanaq boyu yol açdı

dərd-qəm bizi doğma bildi, qol açdı

Bu xoş günlər bizdən niyə qaçaqdı, –

anam dedi, bacım dedi, sən dedin…

 

Şaqqıltıya, taqqıltıya səksənib

pəncərəni külək döysə diksinib

yaşamışıq xəyalınla tək sənin, –

anam dedi, bacım dedi, sən dedin.

 

Saç ağartdıq, qara yaylıq bağladıq

hər görüşə bir ayrılıq bağladıq

üzdə güldük, içimizdə ağladıq, –

anam dedi, bacım dedi, sən dedin.

 

Biri vardı, biri yoxdu… eşitmədik nağılını

sən yox idin, kişi bildik oğlunu

at çapanım, at almışdı ağlını? –

anam dedi, bacım dedi, sən dedin.

 

Gördük bir il, adam necə cırraşır

xəzan ömrə, qar tökülür, qar daşır

nə yaxşı ki, varmış dostun, qardaşın

anam dedi, bacım dedi, sən dedin.

 

İndi hər şey dalda qaldı, gəlibsən

hər bir şeyi yerinə qoy gəlib, sən

Doğma sənsən, əziz sənsən, qərib sən,

anam dedi, bacım dedi, sən dedin…

Share:
adana eskort - eskort adana - escort - eskort - adana escort bayan -

seo