Qazaxıstanın keçmiş müdafiə naziri saxlanıldı

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb. Bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.

Müstəqil.Az

 

Share: