Şirin şeyləri yeməyi qıcıqlandıran səbəblər açıqlandı – Diabetiklər üçün faydalı tövsiyyə…

Müstəqil.az newsyou.info-ya istinadən xəbər verir ki, dietologiya sahəsi üzrə ekspertlər şirin məhsullara tələbatı qıcıqlandıran halları açıqlayıblar.
İnsanı şirin şeylər yeməyə məcbur edən səbəblərdən biri sistemsiz qidalanmasıdır. Bu o zaman baş verir ki, yemək qəbulu arasında xeyli vaxt keçir. Nəticədə şirniyyata meyl etmək, qanda qlükozanın səviyyəsini qaldırmaq və qida maddələrinin çatışmazlığından beyinin fəaliyyətini normallaşdırmaq üçün verilmiş ən optimal qərardır.
Belə olan halda şirniyyat məhsullarını istifadə etməkdən qaçmaq iradə tələb edir, lakin problem də ondadır ki, çoxları dayana bilmir və dərhal çoxlu şirin şeylər yeyirlər.
Həmçinin şirin şeylərə güclü meyl bağırsaqda göbələk infeksiyası ilə yarana bilər – bu zaman nəfs xəstəlik səviyyəsində şirin şeylərə bağlılıq yarada bilər. Şirin bir şey yemək istəyi ağrılı başqa bir amilin yaranmasına səbəb olur və bundan sonra orqanizm öz gücünü bərpa etməyə çalışır.
Bundan başqa, bütün şirin şeylərə kəskinləşmiş həvəs orqanizmdə mikroelementlərin, məsələn, maqneziumun, fosforun və ya xromun çatışmazlığını xəbər verir. Bu problemi çoxlu vitamin və digər faydalı maddələrin qəbulu ilə həll etmək mümkündür.
Və bəzən belə də olur ki, şirniyata tələbat, insanı psixi pozuntulardan və qanda serotonin hormonlarının səviyyəsini aşağı salan sinir narahatlıqları və sarsıntılardan qorumağın nəticəsi kmi formalaşır.
Amma çoxları yenə də şirin məhsulları qeyri-ixtiyari yeyir və yeyilmiş şəkərin sayına pis nəzarət edirlər.  Bəlkə də, yaxınlarınıza xatırlatmaq yerinə düşər ki, gün ərzində yediyiniz konfet də həddən artıq çoxdur…
Müstəqil.Az

Share: