Seçicilərin 69,93 faizi səs verdi – Saat 17.00-a olan MƏLUMAT

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 17:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Publika.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 15:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Publika.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 60,74 faizinin, yaxud 3 milyon 227 min 817 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir.

Saat 15:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5628-i hesabat verib.

***

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Publika.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 39,39 faizinin, yaxud 2 milyon 93 min 343 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur.

Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir.

Saat 12:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5615-ı hesabat verib.

***

Saat 10:00-a olan məlumata görə ölkə üzrə seçicilərin 994 min 196 nəfəri, yaxud 18,71 faizi səs verib.

Publika.az xəbər verir ki, bu nəticə ölkə üzrə səs vermiş 125 seçki dairəsinin və 5605 seçki məntəqsinin açıqladığı məlumat əsasında hazırlanıb.

Share: