Hərbi təyyarə qəzaya uğradı – 247 ölü – FOTO/VİDEO

Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında Əlcəzair Hərbi-Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Müstəqil.az-ın xəbərinə görə, qəza nəticəsində həyatını itirən şəxslərin sayı 247 nəfərə çatıb.

***

Əlcəzairdə İL-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, 200-dən çox insan həlak olub.

Hadisə Blida əyalətinin Bufarik şəhərində yerləşən aeroportun yaxınlığında baş verib. Təyyarə ölkə paytaxtı Əlcəzairdən 50 kilometr cənubda yerləşən hərbi bazanın aerodromundan uçuşdan tezliklə sonra düşüb.

“Al-Xadas” telekanalının xəbərinə görə, təyyarə yerə düşəndən dərhal sonra yanıb.

 

Share: