Santuş etiraf etdi: “Oyunçularım çox çalışdılar, amma bacarmadıq”

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Mərakeşlə oyuna (0:1) dair fikirlərini bölüşüb.

Santuş bildirib ki, futbolçuları oyundan əvvəl istekli idi və ancaq qələbə haqqında düşünürdü.

“İlk hissədə çətinliklər yarandı, oyuna qoşulmağımız uzun çəkdi. Arzumuz, istəyimiz böyük idi. Futbolçular özlərinə güvəndilər, qol imkanlarımız da oldu, lakin biz tam gücümüzü meydana qoya bilmədik. Bacarmadıq, amma oyunçularım çox çalışdılar” –  deyə Portuqaliya millisinin baş məşqçisi vurğulayıb.

Mənbə: Record

Share: