Salyanda yeniyetməni cərəyan vuraraq öldürüb

Salyan rayonunda yeniyetməni cərəyan vuraraq öldürüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Ə.Zeynalov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Səyyad Kərim oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müstəqil.Az

Share: