İranda “İnstagram” əməliyyatı: 46 nəfər tutuldu – VİDEO

İran polisinin keçirdiyi “İnstagram” əməliyyatı nəticəsində 46 nəfər həbs edilib.
Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyatda “İnstagram” sosial şəbəkəsində “uyğunsuz” adlandırılan paylaşımlar edən 46 nəfər polis bölməsinə aparılıb.
8-i qadın olmaqla “İnstagram”da açıq-saçıq və cəmiyyət tərəfindən qəbul edilməyən fotolar paylaşan şəxslərin bəziləri fotoqraf, bəziləri isə gözəllik və şadlıq saraylarında işləyirlər.
Polisdən verilən açıqlamada onların “İran mədəniyyətinə qəsdən zərər vermək”də təqsirləndirildikləri məlum olub.
Xatırladaq ki, İranda “Facebook” və “Twitter” sosial şəbəkələri 2009-cu ildən etibarən qadağan edilib.

Share: