“Şair Saday Şəkərliyə qarşı qərəz davam edir” – İDDİA

Prezidentin humanistliyini nümayiş etdirən qanun dəyişikliyi tərsinə işləyir!

Müstəqil.Az xəbər verir ki, bu sözləri hazırda həbsxana həyatı yaşayan tanınmış şair Saday Şəkərlinin oğlu Əsəd Şəkərli deyib.
Özünün sozial şəbəkədəki divarında atası ilə bağlı yazdıqlarından məlum olur ki, Azərbaycan Respublikasının qanunlarında olan dəyişikliklər, bəzi sifarişçi məmurların özünəməxsus qərarlarına heç bir təsir göstərmir:

“Xülasəsi odur ki Saday Şəkərliyə qarşı qərəz davam edir. Prezidentin humanistliyini nümayiş etdirən qanun dəyişikliyi tərsinə işləyir! Saday Şəkərli deyir ki, həbsxanada gülməli vəziyyət yaranıb. Qanun dəyişikliyi əsasında hansı maddəyə dəyişiklik olubsa yazıb vurublar divara. Mənim maddəm də orda var. Gəl ki, at oğrusu, eşşək oğrusu, narkoman, qatı cinayətkarlar qalmadı, açıb buraxdılar. Məlum ki, şıdırğı alver gedir. Qanun qanundursa və siz belə “humanist” sizsə onda bu nə qərəz, nə ayrıseçkilikdir? Qanun hər kəsə aid edilmir, bəyəm? Mənim də yanıma gözaydınlığa gəlib gedirlər dustaqlar ki şair, gözün aydın səni də buraxacaqlar. Deyirəm, dostlar, o cinayətkarlara aiddir, mən yox! Hər əfv qabağı da deyirlər ki, şair bu səfər çıxarsan. Başa sala bilmirəm ki, ay qardaşlar, günahı olanı əfv edərlər!”
Müstəqil.Az

Share: