Azərbaycanlı milyarderlər əmlak kralı oldu – Forbes

Rusiyada yeni kommersiya məqsədli daşınmaz əmlak tikintisi azalıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə informasiyanı “Forbes” jurnalı yayıb.

Məlumata görə, 2017-ci ildə Rusiyada 2,5 milyon kvadrat metrlik ticarət, ofis və anbar kimi obyektlər inşa edilib. Bu isə keçən ilin göstəricisindən 1,1 milyon kvadrat metr az olub.

Jurnal həmçinin keçən il ərzində daşınmaz əmlakdan ən çox gəlir götürən rusiyalı iş adamlarının reytinqini də təqdim edib. Belə ki, ilk yerdə əslən Azərbaycandan olan iş adamları Qod Nisanov və Zaxar İliyev qərarlaşıblar. Onlar daşınmaz əmlakdan keçən il ərzində 1,535 milyard dollar gəlir əldə ediblər. Bunun böyük hissəsi ticarət obyekti kimi istifadəyə verilən obyektlərdən əldə edilib. Ondan sonrakı yerlərdə “İKEA Mos”un sahibi İnqvar Kamprad və “Taşir”in rəhbəri əslən erməni olan Samvel Karapetyan yer alıb.

Siyahıda həmçinin digər azərbaycanlı iş adamı Araz Ağalarov da yer alıb. Onun “Krokus Qrup” şirkəti daşınmaz əmlakdan 370 milyon dollar gəlir götürüb.

Müstəqil.Az  

Share: