“Şahdağ” gəmisində ənənəvi tədbir…

AXDG QSC XDND idarəsinin “Şahdağ” gəmisinin heyət üzvləri əməkdaşlarının doğum günün qeyd edib. Bu haqda Müstəqil.Az-a “DSD” İB-nin İdarə heyyətinin sədr müavini,  Fərrux Həmidli məlumat verib.

Açıklama yok.

Məlumatda ənənvi olaraq gəmi heyyətinin keçirdikləri növbəti yığıncaqdan bəhs olunur. Bildirilir ki, gəminin kapitanı Zaur Novruzov son dövrlər gəmiçilikdə baş verən, dənizçilərin rifahının yüksəlməsinə səbəb olan hadisələrdən bəhs edib. Dənizçilərimizin əmək haqqının qaldırılmasının onların güzəranına müsbət təsir edəcəyindən söz açıb. Eyni zamanda  bu gün  TG “Şahdağ” gəmisinin motorçusu Salahov Həbibin doğum günü olduğunu qeyd edərək bu münasibət ilə  gəmi heyyəti adından Həbib bəy təbrik edib, ona  ürək sözlərini çatdırıb və gələcək həyatında uğurlar arzu edib.”

Açıklama yok.

Tədbir əsnasında gəmimizin iki üzvü, Vətən Müharibəsinin qəhrəmanları, Cəsur döyüşçü Səfərli Cəfərin və Bəhrəmli Pərvinin döyüş yollarına da nəzər yetirilib. Onların misilsiz qəhrəmanlıqlarından danışılıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Döyüşçü dənizçilərin müharibə xatirələri dinlənilib, qələbəmizin əldə olunmasında ölkə başçısının, Ali Baş Komandanın uğurlu siyasətindən söz açlıb.

Açıklama yok.
Hər iki dənizçi-döyüşçüyə  “Dənizçilərə Sosial Dəstək” İB-nin sədri, tanınmış şair-publisist, gəmi kapitanı  Faiq Balabəylinin qələmə aldığı “Dənizçilərimiz Vətən Müharibəsində” kitabı təqdim olunub.

Müstəqil.Az

Share: