Sabir Rüstəmxanlı ilə gənclərin görüşü

Bu gün Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə “Ədəbiyyatımızın təbliğində gənclərin rolu” mövzusunda ədəbi gəncliklə görüşü keçirilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Libraff” kitab evində baş tutan görüş zamanı S.Rüstəmxanlı ədəbiyyat, onun təbliğində gənclərin rolu, mütaliə mədəniyyəti, gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı gənclərin suallarını cavablandırıb.
Share: