Sərnişin gəmisi sahilə çırpıldı

İzmir sahilində 80 sərnişin daşıyan bərə sahilə çırpılıb.

Müstəqil.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Konaklı-Bostanlı marşrutu üzrə irəliləyən “Mustafa Günay” adlı gəminin kapitanı huşunu itirib və bu səbəbdən gəmi quruya çırpılıb.

Hadisə zamanı gəmidəki sərnişinlər arasında panika yaşanıb, xəsarət alan olmayıb.

Əraziyə xeyli sayda xilasedici cəlb edilib, sərnişinlər digər gəmi ilə yola salınıb.

Müstəqil.Az

Share: