Səlim Babullaoğlu XVIII Beynəlxalq Sankt-Peterburq Kitab Salonunda iştirak edib

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birlyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğlu 17-19 may tarixlərində XVIII Beynəlxalq Sankt-Peterburq Kitab Salonunda iştirak edib.

Kitab salonu Sankt-Peterburq Hökuməti, Rusiya Kitab Şurası, Ermitaj Dövlət Muzeyinin dəstəyi ilə növbəti dəfə Saray Meydanında təşkil olunub. Səlim Babullaoğlu salonun açılış mərasimində və “MDB ölkələri-ortaq tarix-ortaq mədəniyyət-gələcəyə baxış” mövzulu “dəyirmi masa”da iştirak edib. “Dəyirmi masa”ya Rusiya Yazıçılar İttifaqı Peterburq şöbəsinin rəhbəri, şair Boris Orlov moderatorluq edib. “Dəyirmi masa”da Çoxmillətli Yazıçılar Birliyinin sədri Viktor Kokosov, RF Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoaktyor Yuri Kanoplyannikov, yazıçı Sergey Rats, Tacikisttan Yazıçılar Birlyinin sədr müavini Rövşən Mövsümov, eləcə də başqa yazıçı, şair və tərcüməçilər iştirak ediblər.

Bir 5 nəfər, səs ucaldıcı və kütlə şəkili ola bilər

Səlim Babullaoğlu Azərbaycan-Rusiya ədəbi əlaqələri, son illərdə ədəbiyyatların qarşılıqlı tərcüməsi və mübadiləsi, Azərbaycanın rusdilli ədəbiyyatı, rus dilinin Azərbaycandakı vəziyyəti barədə ətraflı çıxış edib. Natiq çıxışında son rus mətbuatı və mediasının qərəzli çıxış və reportajları, xüsusən Azərbaycan əleyhinə tutduğu mövqe, bu mövqenin ilk növbədə rus xalqına münasibətdə yalnış olduğunu, həmçinin mədəniyyət və ədəbiyyat adamlarının uzun illər ərzində qurduqları xoş münasibətiləri asanlıqla heçə endirməsindən də danışıb və rus ziyalılarının bu məsələdə öz sözlərini deməli olduğunu, öz mövqelərini ortaya qoymalı olduqlarını dilə gətirib.

XVIII Beynəlxalq Kitab Salonu Peterburqun 2023-cü ildə MDB ölkələri mədəniyyət paytaxtı elan olunması və şəhərin 320 illik yubileyinə həsr olunub.
Müstəqil. Az
Share: