Rusların sayı sürətlə azalır – Hesabat

Rusiyanın əhalisinin sayı 2050-ci ilə qədər azalacaq.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumat BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında yer alıb. Hesabatda dünyada olduğu kimi, Rusiyada da urbanizasiyanın artacağı bildirilib. Nəticədə 2050-ci ilə qədər Rusiya şəhərlərində 110,6 milyon nəfərin (ümumi əhalinin 74,4%-i) yaşayacağı qeyd edilib.

Ölkədə əhali sayı getdikcə azalacaq. Belə ki, 2030-cu ildə bu say 140,5 milyon, 2050-ci ildə isə 132,7 milyon olacaq.

Qeyd edək ki, hazırda Rusiya əhalisinin sayı 144 milyondur.

Müstəqil.Az

Share: